Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanda milli valyutanın iki dəfə devalvasiya olmasına baxmayaraq, ticarət dövriyyəsinin həcmi sabit qalıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A.Əliyev deyib ki, ötən il xarici ticarət dövriyyəsi 2014-cü ilə nisbətən 60 mln. dollardan artıq olub: "Ötən il Avropa Oyunları ilə bağlı bəzi vasitələrdən vergitutma məhdudlaşıb. Həm də bəzi məhsullar var ki, onlar da gömrük rüsumları və vergilərdən azaddır".
Komitə sədri deyib ki, ötən il gömrük orqanlarında qaçaqmalçılıqla mübarizə sahəsində 300 cinayət işi açılıb.