“Kənddən şəhərə” yarmarkalarının keçirildiyi yerlərin sayı 5-ə çatdırılacaq

“Kənddən şəhərə” yarmarkalarının keçirildiyi yerlərin sayı 5-ə çatdırılacaq Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC Bakıda “Kənddən şəhərə” yarmarkalarının keçirdildiyi yerlərin sayını artırmaq istəyir.
ASK
30 Oktyabr , 2019 11:09
“Kənddən şəhərə” yarmarkalarının keçirildiyi yerlərin sayı 5-ə çatdırılacaq

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC Bakıda “Kənddən şəhərə” yarmarkalarının keçirdildiyi yerlərin sayını artırmaq istəyir. 

Bu barədə “Report”a səhmdar cəmiyyətinin mətbuat katibi Mayis Musayev məlumat verib. 

"Hazırda yarmarkalarımız paytaxtın Yasamal, Binəqədi və Nərimanov rayonlarında təşkil edilir. Bu ilin sonuna qədər daha 2 yerdə yarmarka təşkil etməyi planlaşdırırıq. Hələ ki, həmin yerlər məlum deyil", - o deyib. 

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat”ın “Kənddən Şəhərə” layihəsi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların satışına dəstək məqsədilə həyata keçirilir. Bundan başqa, “Kənddən Şəhərə” markası altında kənd təsərrüfatı məhsullarının keyfiyyətinə və sortuna görə qruplaşdırılaraq qablaşdırılması, brendləşdirilməsi həyata keçirilir. Bu günə qədər müxtəlif bal növləri, “Haşimi” düyüsü, Cəlilabad noxudu, Zaqatala çayı qablaşdırılaraq satışa təqdim olunub.

Son xəbərlər

Orphus sistemi