Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” mağazası istifadəyə verilib

Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” mağazası istifadəyə verilib Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkəti MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154B ünvanında yerləşən Kənddən Şəhərə mağazası istifadəyə verilib.
ASK
25 Dekabr , 2018 14:38
Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” mağazası istifadəyə verilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154B ünvanında yerləşən "Kənddən Şəhərə" mağazası istifadəyə verilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar bu mağazadan ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edəcəklər. 

Mağazada həm xammal, həm də emal olunmuş formada yalnız yerli qida məhsullarının satışı həyata keçirilir.

“Kənddən Şəhərə” layihəsi çərçivəsində paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası da təşkil edilib. Bundan başqa fermerlərin yetişdirdiyi məhsulların “Kənddən Şəhərə” adı altında qablaşdırılaraq satışı da həyata keçirilir. Bu məhsulları vətəndaşlar həm “Kənddən Şəhərə” mağazasında, həm də müxtəlif market şəbəkələrində əldə edə biləcəklər. 

Son xəbərlər

Orphus sistemi