Kənd Təsərrüfatı Nazirliyinin yerli inzibati binaları gələn ilin əvvəlində açılacaq

Kənd Təsərrüfatı Nazirliyinin yerli inzibati binaları gələn ilin əvvəlində açılacaq Bunu, kənd təsərrüfatı naziri Heydər Əsədov deyib
ASK
24 dekabr 2015 09:14
Kənd Təsərrüfatı Nazirliyinin yerli inzibati binaları gələn ilin əvvəlində açılacaq

Bakı. 24 dekabr. REPORT.AZ/ Kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi ilə bağlı şəffaflığı təmin etmək üçün bu vaxta qədər Nazirlər Kabineti tərəfindən 31 qərar qəbul edilib, parlamentdə 6 qanun təsdiqlənib, dövlət başçısı tərəfindən 9 fərman imzalanıb. "Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin bütün rayonlardakı inzibati binaları artıq tikilib: "52 rayonda inzibati bina tikib bitirmişik və gələn ilin ilk rübündə təhvil veriləcək. Elmi tədqiqatların keyfiyyətinin artırılması məqsədi ilə bütün institutlar birləşdirilərək 8 universitet yaradılıb".

Son xəbərlər

Orphus sistemi