Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Vaşinqtonda beynəlxalq tədbirdə iştirak edəcək

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Vaşinqtonda beynəlxalq tədbirdə iştirak edəcək Hökumət nümayəndələri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun 2017-ci il üçün illik toplantısına gedəcəklər
ASK
6 Oktyabr , 2017 13:24
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Vaşinqtonda beynəlxalq tədbirdə iştirak edəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 10-dan 15-dək Vaşinqtonda keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun 2017-ci il üçün illik toplantısında iştirak edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, beynəlxalq tədbirdə Azərbaycanı nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadənin rəhbərliyi ilə qurumun nümayəndə heyəti təmsil edəcək.

"İllik toplantıda Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün hazırlanmış Coğrafi İnformasiya Sisteminin təqdimatı keçiriləcək. Bu sistem icra olunan layihələrdə maliyyə şəffaflığının təmin edilməsində, dövlət və ictimai vəsaitlərə nəzarətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə imkanı verəcək",-  məlumatda deyilir.

Qeyd edək ki, Kənd İnvestisiya Layihəsi indiyədək respublikanın 56 rayonda 2 000-dək sosial-iqtisadi yönümlü icmaəsaslı mikrolayihə həyata keçirib.

Son xəbərlər

Orphus sistemi