Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayrılıb

Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayrılıb Prezident İlham Əliyev sərəncam imzalayıb
ASK
30 İyun , 2016 18:14
Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayrılıb

Bakı. 30 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi