Bakı. 23 sentyabr. REPORT.AZ/
Qeyd edək ki, Y.Cəfərov elmi fəaliyyətə 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun “Proqnoz” laboratoriyasında başlayıb, 2001-ci ildən Gəncə Dövlət Universitetində müəllim işləyib, 2012- 2015-ci illərdə Gəncə Dövlət Aqrar Universitetində bitki mühafizəsi üzrə ali təhsilin hər üç səviyyəsində (bakalavr, magistratura və doktorantura ) elmi-pedaqoji fəaliyyətini davam etdirib, daha sonra universitetdə dosent vəzifəsində çalışıb.
1986-cı ildə “Bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi ” üzrə aspiranturaya daxil olub, namizədlik dissertasiyasını müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi alıb, hazırda doktorluq dissertasiyası üzərində işləyir.
Pedaqoji fəaliyyətinin 14 ili ərzində 1 dərs vəsaiti, 3 metodiki vəsait, Təhsil Nazirinin qrifi ilə 19 fənn proqramı və s. nəşr etdirib.