Yuxarı

Kənd Təsərrüfatı Nazirliyində məhsula görə ödənişlər üzrə 12%-lik debitor borc yaranıb

Nazirlik tərəfindən ötən il xərclənmiş vəsait 2014-cü ilə nisbətən 27% təşkil edib

Bakı. 28 may. REPORT.AZ/ Ötən il ərzində Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi üzrə yerli qurumların saxlanması, kənd təsərrüfatı məhsulları qiymətlərinin sabitləşdirilməsi və kənd təsərrüfatına dair digər tədbirlərlə bağlı dövlət büdcəsindən 14 016, 9 min manatın ayrılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub.

Hesabat ilində 10 087,7 min manat (proqnozun 72%-i) həcmində maliyyələşmə açılıb, faktiki xərc isə 9 914,2 min manat (70,7%) olub. Dövlət büdcəsinin funksional təsnifatının "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsinin "Kənd təsərrüfatı" köməkçi bölməsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2015-ci ildə xərclənmiş vəsait 2014-cü illə müqayisədə 27,2% təşkil edib.

Təqdim edilmiş hesabatlara əsasən, açılmış maliyyələşmədən ilin sonunda 1,9% istifadə edilməyərək geri qaytarılıb. Hesabat ilinin sonuna büdcə vəsaitləri üzrə "Məhsula görə ödənişlər" xərc maddəsi üzrə xərclənmiş vəsaitin 11,8%-i səviyyəsində debitor borc yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi