​Kənd Təsərrüfatı Nazirliyində iclas keçirilib

​Kənd Təsərrüfatı Nazirliyində iclas keçirilib Nazir kənd təsərrüfatının inkişafına dair tədbirlər planının hazırlanmasını tapşırıb
ASK
15 Yanvar , 2015 12:48
​Kənd Təsərrüfatı Nazirliyində iclas keçirilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində nazir Heydər Əsədovun rəhbərliyi və Nazirliyin müvafiq struktur bölmələrinin məsul işçilərinin iştirakı ilə 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsi ilə bağlı qarşıya qoyulan tədbirlərin həyata keçirilməsinə həsr olunmuş geniş iclas keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iclasda çıxış edən nazir H.Əsədov 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi ilə əlaqədar prezident İlham Əliyevə kənd əməkçiləri adından minnətdarlıq edib və Nazirliyin üzərinə mühüm vəzifələr qoyulduğunu bildirib.

Nazir qısa müddətdə tədbirlər planının hazırlanması ilə əlaqədar struktur bölmələrinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Daha sonra tədbirlər planının hazırlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb və çıxış edən struktur bölmələrinin rəhbərləri öz təkliflərini irəli sürüblər.

Son xəbərlər

Orphus sistemi