Yuxarı

​Kənd Təsərrüfatı Nazirliyində elmi-praktiki seminar keçirilib

Kənd təsərrüfatı texnikası və aqrotexniki xidmətlərə olan tələbatın öyrənilməsi üçün təlimatın hazırlanması məqsədilə işçi qrupu yaradılacaq

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatının texniki təminatının bazar iqtisadiyyatının tələblərinə uyğun və etibarlı təşkil edilməsinə dair elmi-praktiki seminar keçirilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, seminarın keçirilməsində məqsəd regionların xüsusiyyətləri nəzərə alınmaqla kənd təsərrüfatı texnikasına və aqrotexniki xidmətlərə olan tələbatın elmi əsaslarla müəyyən edilməsi olub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, alimlər, mütəxəssislər və elmi-tədqiqat institutlarının rəhbərləri iştirak ediblər.

Seminarda kənd təsərrüfatının texniki təminatının müasir bazar iqtisadiyyatının tələblərinə uyğun və etibarlı təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin və nazirliyin aidiyyəti struktur bölmələrinin qarşısında duran vəzifələr, respublika üzrə kənd təsərrüfatı texnikası parkının mövcud vəziyyəti və onun yeniləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, kənd təsərrüfatı texnikasının lizinqi və “Aqrolizinq” ASC-nin rayon filiallarının xidmət mexanizmi, bitkiçilik məhsullarının əkin strukturunun mövcud vəziyyəti və son 5 ildə onun dəyişmə tendensiyası, suvarma və dəmyə əkinçiliyində dənli bitkilərin yeni texnologiyalar əsasında becərilməsi üçün tələb olunan kənd təsərrüfatı maşın və aqreqatları, regionların xüsusiyyətləri nəzərə alınmaqla kənd təsərrüfatı texnikasına və aqrotexniki xidmətlərə olan tələbatın elmi əsaslarla müəyyən edilməsi, kənd təsərrüfatının mexanikləşdirilməsi və bu sahədə kadr hazırlığı movzularında təqdimatlar edilib, müzakirələr aparılıb.

Qeyd olunan təkliflər ümumiləşdirilərək regionların xüsusiyyətləri nəzərə alınmaqla kənd təsərrüfatı texnikasına və aqrotexniki xidmətlərə olan tələbatın elmi əsaslarla müəyyən edilməsi məqsədilə təlimatın hazırlanması üçün işçi qrupunun yaradılmasına qərar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi