Kənd Təsərrüfatı Nazirliyində beynəlxalq maliyyə təşkilatları ilə görüş keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyində beynəlxalq maliyyə təşkilatları ilə görüş keçiriləcək Sabah IV donor əlaqələndirmə görüşü baş tutacaq
ASK
11 Aprel , 2017 17:35
Kənd Təsərrüfatı Nazirliyində beynəlxalq maliyyə təşkilatları ilə görüş keçiriləcək

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 12-də Kənd Təsərrüfatı Nazirliyində IV donor əlaqələndirmə görüşü keçiriləcək.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşdə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi qarşısına qoyulmuş hədəf və məqsədlərə diqqət yetiriləcək, donor təşkilatlarla birgə həyata keçirilən və gələcəkdə keçiriləcək layihələrin bu hədəf və məqsədlərə nail olunması istiqamətində icrası üçün lazım olan addımlar müzakirə ediləcək.

Donor əlaqələndirmə görüşü Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə təşkil olunur.

IV Donor əlaqələndirmə görüşündə Azərbaycan hökuməti ilə birgə kənd təsərrüfatı layihələri icra edən 20-dək beynəlxalq təşkilat və inkişaf agentliklərinin, o cümlədən, Dünya Bankının, İslam İnkişaf Bankının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Avropa İttifaqının nümayəndələrinin iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi