Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tender elan edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tender elan edib Tender 6 lot üzrə keçirilir
ASK
27 Oktyabr , 2016 11:01
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tender elan edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) açıq tender elan edib.

“Report”un məlumatına görə, tender 6 lot - laboratoriya avadanlıqlarının (Lot 1), çiləyici aqreqatlar və xüsusi təyinatlı avtomobillərin (Lot 2), kompüter və şəbəkə avadanlıqlarının (Lot 3), reaktivlərin (Lot 4), fumiqantların (Lot 5), çiləyici aqreqat, xüsusi təyinatlı nəqliyyat vasitələri və traktorların ehtiyat hissələrinin alınması üzrə keçirilir. Hər lot üzrə iştirak haqqı 500 manatdır. 

İddiaçılar lazımi sənədləri dekabrın 1-nə qədər, tender təklifi və bank təminatını isə dekabrın 8-nə qədər DFNX-ya (Bakı şəhəri, Binəqədi rayonu, Nəcəf Nərimanov küçəsi, 7A ünvanına) təqdim etməlidirlər.

Təkilflərə dekabrın 9-da, saat 10:00-da iddiaçıların və yaxud onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə adı çəkilən ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi