Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu fermerlərə müraciət edib

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu fermerlərə müraciət edib Son günlər Siyəzən, Xaçmaz, Quba, Qusar, Şabran, Lənkəran, İmişli, Sabirabad, Bərdə, Tovuz və Neftçala rayonlarında, açıq sahələrdə yanğınlar qeydə alınıb.
ASK
18 İyun , 2021 10:19
Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu fermerlərə müraciət edib

Son günlər Siyəzən, Xaçmaz, Quba, Qusar, Şabran, Lənkəran, İmişli, Sabirabad, Bərdə, Tovuz və Neftçala rayonlarında, açıq sahələrdə yanğınlar qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondunun fermerlərə birgə müraciətində bildirilir.

Məlumatda həmçinin deyilir ki, yanğınlar biçilmiş və biçilməmiş əkin sahələrinə yayılıb, əkinçiliklə məşğul olan fermerlərə ziyan dəyib.

"Nazirlik və Fond kənd təsərrüfatı istehsalçılarını əkin sahələrini sığortalamağa çağırır. Ölkəmizdə bir neçə ay əvvəldən tətbiq edilən aqrar sığorta istənilən səbəbdən baş verən yanğın nəticəsində əkin sahələrinə dəyən zərəri qarşılayır.

Fermerlər olduqca sərfəli şərtlərlə, cüzi məbləğ ödəməklə əkin sahələrini yanğınla yanaşı, digər əsas risklərdən də sığorta edə bilərlər.

Belə ki, hazırda yanğınların tez-tez baş verdiyi Şimal bölgəsində taxıl sahələrinin hər hektarını orta hesabla 7 manata sığortalamaq olar. Ölkənin digər ərazilərində də əkin sahələrini sərfəli şərtlərlə sığortalamaq mümkündür.

Hadisə baş verdikdə sığorta ödənişi isə lazımi sənədlər təqdim edildikdən sonra cəmi 7 gün ərzində həyata keirilir", - deyə müraciətdə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi