Yuxarı
    Bağlamaq

    Kənd Təsərrüfatı Nazirliyi üç rayonda 3 bitki üzrə təlimlər keçəcək

    Ekstensiv təlimlər sahə nümayişləri ilə müşayiət olunacaq

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi ölkənin müxtəlif regionlarında fermerlər üçün zərərverici orqanizmlərə qarşı mübarizə ilə bağlı təlimlər keçirəcək. 

    Nazirlikdən "Report"a daxil olan məlumata görə, təlimlər qurumun həyata keçirdiyi "Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi Layihəsi" çərçivəsində təşkil olunur. Ölkənin bitki mühafizəsi istiqamətində çalışan mütəxəssis və alimlərinin aparacağı təlimlər əvvəlcədən müəyyən edilmiş 3 bitki üzrə keçiriləcək.

    Kartof bitkisi üzrə Tovuz rayonunda, qarğıdalı bitkisi üzrə Samux rayonunda və meyvə bağları üzrə Quba rayonunda zərərverici orqanizmlərə qarşı mübarizə üzrə təlimlər aparılacaq. Ekstensiv təlimlər sahə nümayişləri ilə də müşayiət olunacaq.

    Təlimlərin təşkilində məqsəd Azərbaycan fermerlərini hazırda qabaqcıl kənd təsərrüfatı ölkələrində tətbiq edilən müasir, yüksək səmərəli, ekoloji cəhətdən təhlükəsiz pestisidlər haqqında məlumatlarını artırmaq, müasir metodlardan istifadə edərək mübarizə işinin təşkil etmələrinə və onlarda bitki mühafizəsi sahəsində peşəkarlıqlarının formalaşmasına yardım etməkdir.

    "Qida təhlükəsizliyi üçün vacib addım kimi, zərərvericilərə qarşı doğru mübarizə fermerlərin pestisidlərdən səmərəli istifadəsinə nail olmağa, hektara düşən "pestisid yükünü" azaltmağa, ətraf mühitin çirklənməsinin qarşısına almağa xidmət edəcək və becərilən məhsulun sağlamlığını qorumaqla bazarda rəqabət qabiliyyətini artıracaq", - nazirliyin məlumatında qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi