Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə müraciət edib

Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə müraciət edib Məlumatlar nazirliyin rəsmi internet saytının Məlumat Mərkəzi bölümündə yerləşdirilib
ASK
12 Sentyabr , 2015 10:07
Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə müraciət edib

Bakı. 12 sentyabr. REPORT.AZ/  Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə müraciət edib. Nazirlikdən "Report"a daxil olan məlumatda bildirilib ki, sertifikatlı toxumdan və yüksək məhsuldar sortdan istifadə məhsuldarlığı 20-25% artırır. Bununla əlaqədar olaraq, ölkədə istehsal olunmuş dənli taxıl bitkilərinin sertifikatlı toxumlarını haradan əldə etmək haqqındakı məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytının (www.agro.gov.az) Məlumat Mərkəzi bölümündə yerləşdirilib.  

Əlavə məlumat almaq istəyənlər Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və ya Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə (012 493 59 41) müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi