Kənd Təsərrüfatı Nazirliyi tenderlər keçirir

Kənd Təsərrüfatı Nazirliyi tenderlər keçirir Tenderlərdə iştirak haqqı 150-500 manatdır
ASK
368
10 Aprel , 2017 09:30
Kənd Təsərrüfatı Nazirliyi tenderlər keçirir

Bakı. 10 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi (KTN) 2017-ci ildə tələb olunan inventarların (Lot-1) və avadanlıqların (Lot-2) satın alınması məqsədilə açıq tender elan edib. 

"Report" xəbər verir ki, tenderdə iştirak 1-ci lot üzrə 150 manat, 2-ci lot üzrə isə 300 manatdır.

Bundan başqa, KTN yanında Dövlət Toxum Fondu toxum emal edən fabrik, anbar və yardımçı tikililərin alınması ilə əlaqədar açıq tender keçirir. Bu tenderdə iştirak haqqı isə 500 manatdır. 

Hər iki tender üzrə iddiaçılar ilkin sənədləri mayın 5-nə qədər, tender təklifi və bank zəmanətini isə mayın 22-ni qədər nazirliyə (Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 80 ünvanına) təqdim etməlidirlər. 

Təkliflərə mayın 23-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi