Kənd Təsərrüfatı Nazirliyi tələbələrin karyera seçiminə istiqamət verir

Kənd Təsərrüfatı Nazirliyi tələbələrin karyera seçiminə istiqamət verir Nazirlik kənd təsərrüfatı sahəsində mütəxəssislərin yetişməsinə çalışır
ASK
27 Dekabr , 2016 19:57
Kənd Təsərrüfatı Nazirliyi tələbələrin karyera seçiminə istiqamət verir

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) baytarlıq təbabəti və zoomühəndislik fakultəsinin sonuncu kurs tələbələri Bakıda tanışlıq səfərindədirlər. 

"Report" xəbər verir ki,  bir həftəyə yaxın müddətdə tələbələrlə Dövlət Baytarlıq Nəzarəti Xidməti, Respublika Baytarlıq Laboratoriyası, Elmi-Tədqiqat Baytarlıq İnstitutunda görüşlər keçirilir. Səfər və görüşlər zamanı tələbələr qida məhsullarında pestisidlərin, ağır metalların, antibiotik qalıqlarının, hormonların müəyyən edilməsi, genetik modifikasiya olunmuş orqanizmlərin təyini və digər müayinələrin həyata keçirilməsi mümkün olan ən müasir avadanlıqlarla təchiz edilmiş bu qurumların fəaliyyəti ilə tanış olurlar.

Tələbələrin tanışlıq səfəri Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi"nin "Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Subkomponenti" çərçivəsində həyata keçirilir. Məqsəd sahə və özəl baytarlıq fəaliyyətləri, elmi-tədqiqat və laboratoriya işləri, baytarlıq idarəçiliyi, epidemiloji nəzərət, baytarlıq sanitariya nəzarəti və bir sıra başqa sahələri əhatə edən baytarlıq peşəsində tələbələrin öz inkişaf və gələcək karyera istiqamətlərini seçmələrinə yardım etməkdir.

Ümumiyyətlə, indiyədək ADAU-nun 152 nəfər tələbəsi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi"nin heyvan sağlamlığı ilə bağlı həyata keçirdiyi bütün tədbirlərdə (brusellyoz xəstəliyinə qarşı serosorğular keçirilməsi, təlimlər, peyvəndləmə kampaniyası, serosorğuların nəticələrinin epidemioloji təhlili, Respublika Baytarlıq Laboratoriyasında müasir müayinə metodlarının tətbiqində) yaxından iştirak edib.

Son xəbərlər

Orphus sistemi