Kənd Təsərrüfatı Nazirliyi sürücülük vəsiqəsi vermək üçün rayon bölmələri yaradıb

Kənd Təsərrüfatı Nazirliyi sürücülük vəsiqəsi vermək üçün rayon bölmələri yaradıb Bu qurumlar yerlərdə traktor sürücüsü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsini də yerinə yetirəcək
ASK
27 Aprel , 2016 16:02
Kənd Təsərrüfatı Nazirliyi sürücülük vəsiqəsi vermək üçün rayon bölmələri yaradıb

Bakı. 27 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması məqsədilə sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanların test üsulu ilə (elektron) qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbul olunması təmin edilib. Bu sahədə bölgələrdə səkkiz (Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ, Quba) infrastruktur yaradılıb. Bu, Nazirlikdən "Report"a daxil olmuş məlumatda bildirilib. 

Bu struktur vahidlərinə həmçinin yerlərdə traktor sürücüsü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi tapşırılıb. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində səyyar xidmət qrupu yaradılıb. 

Bu xidmət qrupu bölgələrdə növbə ilə mexanizatorlara yerindəcə qısa müddətdə sürücülük vəsiqələrini dəyişdirilməsini müntəzəm olaraq həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi