Yuxarı

​Kənd Təsərrüfatı Nazirliyi Şəkidə regional müşavirə keçirəcək

Müşavirə bölgələrdə bitkiçilik məhsullarının istehsalının artırılması, itkilərin qarşısının alınması istiqamətində təşkil olunur

Bakı. 2 mart. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi martın 3-də Şəki rayonunda “Yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirəcək.

“Report” nazirliyə istinadən bildirir ki, tədbirdə nazir müavini İlham Quliyev, nazirliyin Aparatı, Xidmətləri, “Aqrolizinq” ASC, Aqrar Elm Mərkəz, Elmi-Tədqiqat Əkinçilik İnstitutu, nazirliyin Şamaxı, Qobustan, Ağsu, Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən qurumları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də fermer və sahibkarların iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, müşavirə ölkədə aparılan aqrar siyasətə uyğun olaraq bölgələrdə bitkiçilik məhsullarının istehsalının artırılması, itkilərin qarşısının alınması, məhsulun keyfiyyətinin yüksəldilməsi istiqamətləri üzrə texniki, texnoloji, təşkilati və digər tədbirlərin həyata keçirilməsi istiqamətində təşkil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi