Yuxarı

​Kənd Təsərrüfatı Nazirliyi Qubada regional müşavirə keçirəcək

İclas meyvəçilikdə becərmə texnologiyaları və tingçiliyin inkişafına həsr olunub

Bakı. 15 yanvar. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda "Meyvəçilikdə mütərəqqi becərmə texnologiyalarının tətbiqi və tingçiliyin inkişafı" mövzusunda regional müşavirə keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, müşavirədə nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, eləcə də nazirliyin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında fəaliyyət göstərən müvafiq qurumlarının rəhbərləri, alimlər, mütəxəssislər, fermerlər və digər özəl bölmələrin nümayəndələrinin iştirakı gözlənilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi