Kənd Təsərrüfatı Nazirliyi: Qısa müddətdə qiymətlər aşağı düşəcək

Kənd Təsərrüfatı Nazirliyi: Qısa müddətdə qiymətlər aşağı düşəcək Azərbaycandakı yağıntılarla əlaqədar sahələrdən məhsulun kütləvi yığımı ləngiyib.
ASK
16 İyul , 2019 16:52
Kənd Təsərrüfatı Nazirliyi: Qısa müddətdə qiymətlər aşağı düşəcək

Azərbaycandakı yağıntılarla əlaqədar sahələrdən məhsulun kütləvi yığımı ləngiyib.

“Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, indiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir: "Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir, yığımı çətinləşdirir, nəticədə bazara məhsul təklifi azalır. Yağıntıların azalması məhsulun kütləvi yığınına şərait yaratmaqla, açıq sahə məhsulunun bazara çıxarılmasını sürətləndirəcək, nəticə etibarilə qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə azalacağı gözlənilir. Bu cür hallara əvvəlki illərdə də rast gəlinib. Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlayıb, hava şəraitinin normallaşması ilə qısa müddətdə təklif artmış və qiymətlər ciddi şəkildə aşağı düşüb”.

Son xəbərlər

Orphus sistemi