Kənd Təsərrüfatı Nazirliyi ötən ilə yekun vurub

Kənd Təsərrüfatı Nazirliyi ötən ilə yekun vurub Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kənd təsərrüfatı ilinin yekunları, 2022-ci ildə həyata keçiriləcək tədbirlər, qarşıda duran vəzifələr və Prezident İlham Əliyevin aqrar sektor qarşısında qoyduğu tapşırıqların icrasına həsr olunmuş seminar ke
ASK
14 Yanvar , 2022 14:08
Kənd Təsərrüfatı Nazirliyi ötən ilə yekun vurub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kənd təsərrüfatı ilinin yekunları, 2022-ci ildə həyata keçiriləcək tədbirlər, qarşıda duran vəzifələr və Prezident İlham Əliyevin aqrar sektor qarşısında qoyduğu tapşırıqların icrasına həsr olunmuş seminar keçirilib.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, seminarda nazirliyin Mərkəzi Aparatının nümayəndələri, struktur bölmələrinin rəhbərləri, ADAU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib. Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində bu sahənin davamlı inkişafı təmin olunub. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib. Aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək tədbirləri davam etdirilir, fermerlərin dövlətin göstərdiyi dəstək mexanizmlərdən istifadə imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Dövlət dəstəyi kənd təsərrüfatının əsas istiqamətləri üzrə məhsul istehsalını artırmağa, ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan yaradır. Məhz görülən tədbirlər nəticəsində kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2021-ci ildə də davam edib.

Tədbirdə işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa olunmasının vacibliyini diqqətə çatdırıb. İştirakçılar işğaldan azad edilmiş ərazilərdə təbii resursların ekoloji durumu, kənd təsərrüfatı sahəsinin elmi və kadr təminatı, işğaldan azad olunmuş ərazilərdə təbii resurslardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı, zəruri infrastrukturun yaradılması barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi