Kənd Təsərrüfatı Nazirliyi kənd icmalarını Dünya Bankının prinsipləri ilə tanış edir

Kənd Təsərrüfatı Nazirliyi kənd icmalarını Dünya Bankının prinsipləri ilə tanış edir Bakı. 27 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı ilə yeni başlayacaq layihəyə hazırlıq məqsədilə icmaları təşkilatın ekoloji və sosial idarəetmə prinsipləri ilə tanış edir. 
ASK
27 Dekabr , 2017 18:20
Kənd Təsərrüfatı Nazirliyi kənd icmalarını Dünya Bankının prinsipləri ilə tanış edir

Bakı. 27 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı ilə yeni başlayacaq layihəyə hazırlıq məqsədilə icmaları təşkilatın ekoloji və sosial idarəetmə prinsipləri ilə tanış edir. 

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, qurumun Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) növbəti – 3-cü mərhələsinə hazırlıq məqsədilə regional təlimlərə başlayıb. Təlimlər dekabrın 25-dən başlayaraq yanvarın 6-na qədər İsmayıllı, Göygöl, Sabirabad, Bərdə, Masallı rayonlarını və Naxçıvan MR-nı əhatə edəcək. Məqsəd AzKİL çərçivəsində sublayihələr seçərkən və təsdiqləyərkən Dünya Bankının sadiq qaldığı prinsiplərlə kənd icmalarını tanış etməkdir.

“Azərbaycan Kənd İnvestisiya Layihəsində birbaşa ekoloji problemlərin həllinə yönəlmiş sublayihələr həyata keçirilməsi gözlənilməsə də, yolların, su xətlərinin çəkilməsi, icmalara məxsus müxtəlif obyektlərin təmiri və tikintisi, təsərrüfatların yaradılması və inkişafının dəstəklənməsi kimi layihələr reallaşdırılır və bu layihələrin ətraf mühitə təsiri mütləq nəzərə alınır” – deyə Nazirliyin açıqlamasında deyilir.

Layihənin “Ekoloji və Sosial İdarəetmə üzrə çərçivə sənədi” təklif edilən kiçik icma layihələrinin ekoloji qiymətləndirilməsinin aparılması, Azərbaycanda mövcud ekoloji-normativ aktlara uyğun olması, sosial və sosial-iqtisadi qiymətləndirmə, gəlir gətirən sahələrə diqqətin artırılması, ictimai iştirak, informasiya şəffaflığı kimi tələblərə malikdir. Uşaq əməyinin qadağan olunması, mədəni irsin, təbii mənzərələrin qorunması, tullantıların düzgün zərərsizləşdirilməsi, insan sağlamlığının, şəxsi mülkiyyətin qorunması və bir çox başqa tələblər sənəddə yer alıb, qarşıya çıxacaq problemlərin həlli yolları göstərilib.

AzKİL Dövlət Xidmətinin icra etdiyi 3 iri beynəlxalq layihədən biridir. İndiyə qədər layihə çərçivəsində 3,5 mln. kəndlinin faydalandığı iki min sublayihə icra olunub. Dövlət Xitmətinin icra etdiyi digər layihələr Dünya Bankı ilə icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi və İslam İnkişaf Bankı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) icra olunan “Kənd Yerlərinin Kompleks İnkişafı” Layihəsidir.

Son xəbərlər

Orphus sistemi