Kənd Təsərrüfatı Nazirliyi: “Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması bir sıra üstünlüklər yaradır”

Kənd Təsərrüfatı Nazirliyi: “Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması bir sıra üstünlüklər yaradır” Bakı. 1 avqust. REPORT.AZ/ Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır.
ASK
1 Avqust , 2018 13:58
Kənd Təsərrüfatı Nazirliyi: “Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması bir sıra üstünlüklər yaradır”
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov Azərbaycan Prezidentinin Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə imzaladığı Fərmana münasibət bildirərəkən deyib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə həyata keçirdiyi aqrar islahatlar çərçivəsində növbəti Fərman imzalayıb. Bununla da Azərbaycanda Aqrar islahatların yeni mərhələsi başladığını söyləmək olar. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilib, onların əsasında DAİM yaradılıb. DAİM-in yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır”,- o bildirib.

Onun sözlərinə görə, DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Nazirlik rəsmisi qeyd edib ki, bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar:

“Bundan başqa Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da yaradılacaq. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunacaq. Şuraların əsas vəzifələri fermerlərin problemlərini öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək”. 

Son xəbərlər

Orphus sistemi