Kənd Təsərrüfatı Nazirliyi baramaçılıq rayonlarını tut tingləri ilə təchiz edəcək

Kənd Təsərrüfatı Nazirliyi baramaçılıq rayonlarını tut tingləri ilə təchiz edəcək Məqsəd Azərbaycanda ipəkqurdunun yem bazasının bərpası ilə bağlı yeni çəkil bağlarının salınmasıdır
ASK
15 İyul , 2016 13:11
Kənd Təsərrüfatı Nazirliyi baramaçılıq rayonlarını tut tingləri ilə təchiz edəcək

Bakı. 15 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi baramaçılıq rayonlarının tut tingləri ilə təchiz edilməsi üçün açıq tender elan edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, məqsəd Azərbaycanda ipəkqurdunun yem bazasının bərpası ilə bağlı yeni tut (çəkil) bağlarının salınmasıdır.  

Tender iştirakçılarına "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etmək tövsiyə olunur. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak haqqı 200 AZN təşkil edir. İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) avqustun 1-i saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə avqustun 25-i saat 17.00-a qədər Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80 ünvanda yerləşən Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi