Kənd təsərrüfatı nazirinin müavini Qırğızıstandan olan nümayəndə heyəti ilə görüşüb

Kənd təsərrüfatı nazirinin müavini Qırğızıstandan olan nümayəndə heyəti ilə görüşüb Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Qırğızıstanın Kənd Təsərrüfatı, Qida Sənayesi və Meliorasiya Nazirliyinin idarə rəisi Ağamat Canibekoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ASK
6 noyabr 2017 11:32
Kənd təsərrüfatı nazirinin müavini Qırğızıstandan olan nümayəndə heyəti ilə görüşüb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Qırğızıstanın Kənd Təsərrüfatı, Qida Sənayesi və Meliorasiya Nazirliyinin idarə rəisi Ağamat Canibekoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşdə məqsəd ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

İ.Quliyev ölkələr arasında kənd təsərrüfatı sahəsində əlaqələrin potensialının artırılmasını məqsədəuyğun hesab edib. O, Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çayçılıq, xüsusən də üzümçülüyə göstərilən diqqət barədə geniş məlumat verib.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda üzümçülük hələ qədim zamanlardan kənd təsərrüfatı sahələri arasında xüsusi çəkiyə malik olmaqla geniş sənaye xarakteri daşıyıb. Bu gün də üzümçülük ölkədə kənd təsərrüfatının prioritet sahələrdən biri sayılır. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkədə üzümçülük tədricən dirçəlməyə başlayıb. Son illərdə bir sıra regionlarda geniş sahələrdə yeni üzüm plantasiyaları salınıb.

İlham Quliyev qırğız iş adamlarını hər il ölkəmizdə keçirilən ənənəvi kənd təsərrüfatı sərgisinə dəvət edib. Nazir müavini bildirib ki, ölkəmizdə son 4 ildə kənd təsərrüfatı sahəsində böyük bir dönüş yaranıb. Belə görüşlər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişlənməsinə öz töhvəsini verəcək.

A.Canibekoviç isə Azərbaycanın üzüm və şərab istehsalı ilə məşğul olan şirkətlərinin təcrübəsinin öyrənilməsində. bu sahədə əlaqələrin yaradılmasında, alkoqol bazarının dövlət tərəfindən tənzimlənməsi və nəzarəti sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə alkoqollu məhsulların istehsalını tənzimləyən və nəzarət edən dövlət orqanlarının nümayəndələri ilə görüşlərin təşkil edilməsində, həmçinin alkoqollu məhsulların istehsalçıları assosiasiyaları və birliklərinin nümayəndələri ilə təmasların qurulmasında, o cümlədən Azərbaycanın alkoqollu məhsulların ixracı sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Qonaqlar Azərbaycanın alkoqollu məhsulları istehsal edən qabaqcıl şirkətlərinin ziyarət edilməsi və onların işi ilə tanış olmaq məqsədilə Şəmkir Şərab İstehsalı zavoduna getmək istədiklərini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi