Yuxarı

Kənd təsərrüfatı naziri Yevlaxda vətəndaş qəbulu keçirəcək

Qəbul fevral ayının 25-nə təyin olunub

Bakı. 17 fevral. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov fevral ayının 25-də Yevlaxda vətəndaşlarla görüşəcək. Görüşdə bu Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı, habelə Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilərlər.

"Report"un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Nazirliyə (012) 493-51-64, (050) 352-06-27) müraciət etməlidir.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi