Kənd təsərrüfatı naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Şəmkirdə vətəndaşları qəbul edəcək Ətraf rayonların sakinləri də görüşdə iştirak edə bilərlər
ASK
21 Avqust , 2017 13:11
Kənd təsərrüfatı naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Bakı. 21 avqust. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 25-də Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012) 493 51 64, (050) 352 06 27) və Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 364 44 80) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Son xəbərlər

Orphus sistemi