Yuxarı
    Bağlamaq

    Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edəcək

    Qəbulda ətraf rayonların sakinləri də iştirak edə bilərlər

    Bakı. 10 iyul. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov iyul ayının 14-də Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.

    Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, görüşdə iştirak etmək istəyənlər Nazirliyə (012) 493 51 64; (050) 352 06 27) və Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 623 86 37) müraciət edə bilərlər.

    Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi