Yuxarı

Kənd təsərrüfatı naziri Qəbələdə vətəndaşlarla görüşəcək

Görüşdə Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan və Abşeron rayonlarının sakinləri iştirak edə bilər

Bakı. 18 dekabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov dekabrın 25-də Qəbələ rayonunda Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Abşeron rayonlarının sakinləri ilə görüşəcək.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, görüşdə iştirak etmək istəyən vətəndaşlar Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsi və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.

Eyni zamanda, qəbula yazılmaq istəyənlər Nazirliyin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi