​Kənd təsərrüfatı naziri Qaxda vətəndaşlarla görüşəcək

​Kənd təsərrüfatı naziri Qaxda vətəndaşlarla görüşəcək Nazir Qax, Şəki, Zaqatala, Balakən və Oğuz rayonlarının sakinləri ilə görüşəcək
ASK
23 Fevral , 2015 11:58
​Kənd təsərrüfatı naziri Qaxda vətəndaşlarla görüşəcək

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 27-də 11:00-da Qax rayonunda Qax, Şəki, Zaqatala, Balakən və Oğuz rayonlarının sakinləri ilə görüşəcək.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iştirak etmək istəyən vətəndaşlar Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsinə (tel.: 055-781-55-88) və Kənd Təsərrüfatı Nazirliyinə (tel.: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (16-52) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi