Kənd təsərrüfatı naziri özünə innovasiya üzrə müşavir təyin edib - EKSKLÜZİV

Kənd təsərrüfatı naziri özünə innovasiya üzrə müşavir təyin edib - EKSKLÜZİV Şəbnəm Məmmədova bundan əvvəl Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sektor müdiri olub
ASK
13 İyun , 2018 11:39
Kənd təsərrüfatı naziri özünə innovasiya üzrə müşavir təyin edib - EKSKLÜZİV
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, nazir İnam Kərimov Şəbnəm Məmmədovanı özünə innovasiya üzrə müşavir təyin edib.

Ş.Məmmədova ADA Universitetinin “Biznesin idarə edilməsi” fakultəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.

O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.

Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisidir.

KTN-nin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov “Report”a açıqlamasında xəbəri təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi