Kənd təsərrüfatı naziri Neftçalada vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Neftçalada vətəndaşlarla görüşəcək Görüşdə Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarının sakinləri iştirak edə bilərlər
ASK
11 Sentyabr , 2015 11:45
Kənd təsərrüfatı naziri Neftçalada vətəndaşlarla görüşəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabr ayının 18-də saat 11:00-da Neftçala rayonunda Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək.  "Report"a Kənd Təsərrüfatı Nazirliyindən daxil olan xəbərə görə, tədbirdə Neftçala rayon sakinləri də iştirak edə bilərlər.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) və Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsinə (050-317-58-00) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi