Yuxarı
    Bağlamaq

    ​Kənd təsərrüfatı naziri Masallıda vətəndaşlarla görüşəcək

    Qəbulda Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə iştirak edə bilərlər

    Bakı. 21 avqust. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov avqust ayının 28-də saat 11:00-da Masallı rayonunda Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə görüşəcək.

    Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (tel.: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

    Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi