Yuxarı

​Kənd təsərrüfatı naziri Göyçayda vətəndaşlarla görüşüb

Qəbulda 40 nəfərin müraciətinə baxılıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Göyçay rayonunda Göyçay, Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının sakinlərini qəbul edib. Kənd Təsərrüfatı Nazirliyinin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40 nəfərin müraciətinə baxılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, müraciətlər əsasən fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, kənd təsərrüfatı torpaqlarının sənədləşdirilməsi, bağlara səpilən dərmanların keyfiyyəti, suvarma sistemindəki vəziyyət, baytarlıq preparatları, subartezian quyularının qazılması, kənd təsərrüfatı texnikasının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranan xəstəliklərin müalicəsi və işlə təmin edilmə ilə bağlı olub.

Qəbul zamanı nazir H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi