Kənd təsərrüfatı naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Gədəbəydə vətəndaşları qəbul edəcək Qəbulda Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarının sakinləri iştirak edəcək
ASK
21 may 2015 15:58
Kənd təsərrüfatı naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Bakı. 21 may. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov mayın 29-da saat 11:00-da Gədəbəy rayonunda Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: (050-736-07-10) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.

Son xəbərlər

Orphus sistemi