Yuxarı

​Kənd təsərrüfatı naziri bu gün Qaxda vətəndaşları qəbul edib

Görüşdə Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşlar iştirak edib

Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 27-də kənd təsərrüatı naziri Heydər Əsədov Qaxda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.

“Report” Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bildirir ki, nazirliyin strukturuna daxil olan idarə və təşkilatların, habelə tabeli qurumların rəhbərlərinin iştirak etdikləri qəbulda 40-dan artıq vətəndaşın müraciətləri və təklifləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən, yardımların artırılması, sığortalanmanın tətbiq olunması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı maşın və avadanlıqların alınaraq lizinq yolu ilə fermerlərə satılması, kənd təsərrüfatı sahəsində ali və peşə yönümlü ixtisaslı kadrların təhsil alması və hazırlanmasında güzəştli təhsil sisteminin tətbiq olunması, fermer və sahibkarlara kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətinin göstərilməsi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatına güzəştli kreditlərin verilməsi, bitki mühafizəsi tədbirlərinin dövlət nəzarətinə götürülərək tətbiq olunması, xırda toxumçuluq təsərrüfatlarının bazasında könüllü olaraq birləşmə yolu ilə iri toxumçuluq fəaliyyəti ilə məşğul olan assosiasiyanın yaradılması, kooperativlərin yaradılması, texnikaya ödənişinin vaxtının artırılması, yonca toxumuna olan tələbatın yaxşılaşdırılması, damazlıq heyvanların alınmasına köməklik göstərilməsi, subartezian quyularının qazılması və digər məsələlərlə bağlı olub.

H. Əsədov qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq qısa müddətdə həll edilməsi barədə müvafiq tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi