Əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra veriləcək

Əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra veriləcək “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib.
ASK
149
1 Sentyabr , 2021 17:20
Əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra veriləcək
0 : 00
0 : 00

Azərbaycanda 10 hektardan çox ərazi üçün əkin subsidiyası aqrar sığorta əsasında veriləcək.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi ilə bağlı fərmanında qeyd edilib.

Fərmanda bildirilir: "İstifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir".

Son xəbərlər

Orphus sistemi