Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması üzrə yeni qayda qüvvəyə minib

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması üzrə yeni qayda qüvvəyə minib Bu il yanvarın 1-dən Azərbaycanda “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası qüvvəyə minib.
ASK
7 Yanvar , 2020 13:30
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması üzrə yeni qayda qüvvəyə minib

Bu il yanvarın 1-dən Azərbaycanda “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası qüvvəyə minib.

“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ölkə prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş yeni qaydaya əsasən, aqrar subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə veriləcək.

Kənd təsərrüfatı sahəsinə dəstək tədbirləri ilə bağlı yeni mexanizm bu sahədə hesabatlılığın, şəffaflığın artmasına, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsinə, fermerlər üçün müraciətlərin sadələşdirilməsinə, elektronlaşdırılaraq asanlaşdırılması və əlçatan olmasına xidmət edir.

Qeyd edək ki, yeni mexanizmin tətbiqi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi bütün hazırlıq tədbirlərini başa çatdırıb. Elektron hökumət portalı www.mygov.az içərisində www.eagro.az portalı formalaşdırılıb və portalda 449 259 fermer qeydiyyatdan keçib. Əkinçiliklə məşğul olan fermerlərin torpaq sənədləri və payızlıq əkinləri barədə məlumat Kənd Təsərrüfatı Nazirliyinin intensiv təlimlər keçmiş əməkdaşlarının dəstəyi ilə sistemə daxil edilib. Hazırda bu məlumatların monitorinqi aparılır. Monitorinqlər yekunlaşdıqdan sonra mərhələli olaraq subsidiyalar fermerlərin kartlarına köçürüləcək.

Son xəbərlər

Orphus sistemi