Kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandum imzalanıb

Kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandum imzalanıb Təqdim olunan layihələrin birgə elmi-metodiki ekspertizası aparılacaq
ASK
13 İyun , 2017 11:35
Kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandum imzalanıb

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə torpaq ehtiyatlarının idarə edilməsi, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandum imzalanıb.

"Report" xəbər verir ki, coğrafiya alimi, torpaqşünas, akademik Həsən Əliyevin 110 illiyinə həsr edilmiş "Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi-praktiki əsasları" mövzusunda elmi-praktiki konfrans çərçivəsində imzalanan sənədin məqsədi Komitənin funksional fəaliyyətində elmi-texniki yeniliklərin ən yeni nailiyyətlərinin tətbiqinə nail olmaqdır. 

Memoranduma əsasən, daşınmaz əmlakın kadastrı, coğrafiya elminin qarşılıqlı maraq doğuran sahələrində innovasiyaların tətbiqi, kadr hazırlığı sahəsində birgə işlər görüləcək. Təqdim olunan layihələrin birgə elmi-metodiki ekspertizası aparılacaq.

Son xəbərlər

Orphus sistemi