Bakı. 8 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2016-2020-ci illər üçün açılması haqqında" qərar verib.
"Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, təsərrüfatbaşına uçot sənədlərinin yeni nümunələrinin çap edilməsi 2016-cı il aprel ayının 1-dək başa çatdırılmalıdır. Həmin sənədlərin 2016-cı ildə müvafiq bölgü əsasında rayonlara çatdırmaq
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri 2016-2020-ci illər üçün yeni uçot sənədlərinin tətbiqini Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilən təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun təmin etməlidirlər.
Bundan başqa, Maliyyə Nazirliyinə tapşırılıb ki, 2016-2020-ci illər üçün kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi üçün 2016-cı ilin dövlət büdcəsində lazım olan maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutsun.