Yuxarı
    Bağlamaq

    Keçmiş icra başçısı yeni vəzifəyə təyin olunub

    Mübariz Ağayev nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışacaq

    Bakı. 13 iyul. REPORT.AZ/ Göyçay Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mübariz Ağayev yeni vəzifəyə təyin olunub.

    “Report” xəbər verir ki, o, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini təyin edilib.

    M.Ağayev nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışacaq.

    Qeyd edək ki, M.Ağayev 2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015-2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

    O, 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi