Kamran Nəbizadə: "Azərbaycanda tütün istehsalının maya dəyəri olduqca yüksəkdir"

Kamran Nəbizadə: "Azərbaycanda tütün istehsalının maya dəyəri olduqca yüksəkdir" Sənaye Korporasiyasının baş direktoru: "Problemlərin nəticəsi olaraq, keyfiyyət üzrə istdəyimiz nəticəni ala bilmirik"
ASK
7 fevral 2018 08:35
Kamran Nəbizadə: Azərbaycanda tütün istehsalının maya dəyəri olduqca yüksəkdir
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə / Report/ Elchin Murad

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycanın tütünçülük sektorunda pambıqçılıqla oxşar problem yaşanır. 

“Report” xəbər verir ki, bunu “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının 4-cü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib. 

"Tütün istehsalının maya dəyəri yüksəkdir və hətta, anormal rəqəmdir. Tütünçülükdə problem əkindən başlayır. Fermerlərlə iş qurmaq lazımdır. Yaxşı fermerlərlə işi genişləndirib, vəsaiti qaytarmayan fermerlərə təsir etmək üsulları düşünülməlidir. Problemlərin nəticəsi olaraq, biz keyfiyyət üzrə istədiyimiz nəticəni ala bilmirik. Satışda da problemlər yaşayırıq”, - korporasiya rəhbəri qeyd edib.

K.Nəbizadə bildirib ki, tütünçülük və pambıqlıçıq əsas prioritet sahələrdəndir: "Azərbaycan Sənaye Korporasiyası olaraq, pambıqçılıq üzrə dövlətin proqramlarının icrasının 30-35%-i bizim paya düşürsə, tütünçülükdə bu göstərici 90-95% təşkil edir. Yəni, əsas yük bizim üzərimizə düşür".

Son xəbərlər

Orphus sistemi