İnam Kərimovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İnam Kərimovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib Kənd təsərrüfatı naziri İnam Kərimovun iyulun 19-da Tərtər rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi iyulun 23-nə dəyişdirilib.
ASK
16 iyul 2022 07:40
İnam Kərimovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kənd təsərrüfatı naziri İnam Kərimovun iyulun 19-da Tərtər rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi iyulun 23-nə dəyişdirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir saat 09:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Tərtər və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Tərtər (050-3526501) və Bərdə (050-3179360) DAİM-lərə müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Son xəbərlər

Orphus sistemi