Nazir: "İnvestisiyalarımızın əsas hissəsi "ağıllı kənd təsərrüfatı"nın transformasiyasına gedir"

Nazir: "İnvestisiyalarımızın əsas hissəsi "ağıllı kənd təsərrüfatı"nın transformasiyasına gedir" "Yaşıl bərpa, rəqəmsallaşma və ədalətli bazar münasibətləri davamlı ərzaq təhlükəsizliyi və dayanıqlı kənd təsərrüfatı qurmaq üçün gündəliyimizdəki əsas prinsiplərdir". "Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Gələcəyə baxış
ASK
6 May , 2022 16:26
Nazir: İnvestisiyalarımızın əsas hissəsi ağıllı kənd təsərrüfatının transformasiyasına gedir

"Yaşıl bərpa, rəqəmsallaşma və ədalətli bazar münasibətləri davamlı ərzaq təhlükəsizliyi və dayanıqlı kənd təsərrüfatı qurmaq üçün gündəliyimizdəki əsas prinsiplərdir".

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” Beynəlxalq Konfransının Nazirlər üzrə Dəyirmi Masasında bildirib.

"2015-2020-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalında 22,3 % artıma nail olmuşuq. Rəqəmsal və innovativ yanaşmalar bu uğurun əsasını təşkil edir.

İnvestisiyalarımızın əsas hissəsi rəqəmsal və ağıllı kənd təsərrüfatının transformasiyasına gedir. Hökumət həmçinin öz siyasətini rəqəmsal kənd təsərrüfatı transformasiyasının əsas və təminedici şərtlərinə cavab vermək üçün uyğunlaşdırır. Fermerlərin rəqəmsal bacarıqları və savadlılığının inkişafı bizim üçün prioritet olaraq qalır və gündəlik işimizin ayrılmaz hissəsidir.

Əsas dövlət dəstəyi mexanizmlərimiz müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqi üçün innovasiya tərəfdaşlarının stimullaşdırılmasına da yönəlmişdir. Rəqəmsal texnologiyalar investisiya və bacarıqların mövcudluğuna ehtiyac duyur. Fermerləri rəqəmsal texnologiyalardan istifadə etməyə təşviq etməklə yanaşı, biz onların maliyyə resurslarına və təlim xidmətlərinə çıxışını təmin edirik" - deyə o, qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, bu gün Azərbaycanda elektron kənd təsərrüfatı sistemi mütərəqqi şəkildə tətbiq edilir: "Sistem tədricən elektron hökumət şəbəkəsinə inteqrasiya olunub. 500 mindən çox fermer bu platforma vasitəsilə bütün kənd təsərrüfatı xidmətlərinə rəqəmsal çıxışın olması və dövlət güzəştlərindən faydalanır. Bundan əlavə, istifadəyə verilmiş Rəqəmsal Xidmət Sistemi şəbəkəsi məlumatlara əsaslanan qərar qəbul etmə və proqnozlaşdırma siyasətini asanlaşdırır.

Bizim inkişaf siyasətimiz həm də şəhər və kənd yerlərində rəqəmsal fərqi azaltmağa yönəlib. Hazırda qarşıdakı illər üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Yaşıl Enerji Zonaları kimi elan edilən bu ərazilərdə kənd təsərrüfatı əsas iqtisadi gücdür. Bu ərazilərin inkişafı da "ağıllı şəhər"lər və "ağıllı kənd"lər konsepsiyasına əsaslanır. Bundan əlavə, bu ərazilər üçün kənd təsərrüfatının inkişafı siyasəti iqlimə uyğun ağıllı texnologiyalardan istifadəyə əsaslanacaq".

Son xəbərlər

Orphus sistemi