İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edəcək

İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edəcək Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 3-də, saat 09:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.
ASK
27 May , 2022 09:41
İnam Kərimov  Gədəbəydə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 3-də, saat 09:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-378-03-30) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Son xəbərlər

Orphus sistemi