​IDB Azərbaycanın iki rayonu üçün 66 mln. dollar kredit ayırıb

​IDB Azərbaycanın iki rayonu üçün 66 mln. dollar kredit ayırıb Bank kiçik biznesin maliyyələşdirilməsi məqsədi ilə 2 mln. dollar təqdim edib
ASK
7 İyun , 2016 13:29
​IDB Azərbaycanın iki rayonu üçün 66 mln. dollar kredit ayırıb

Bakı. 7 iyun. REPORT.AZ/ İslam İnkişaf Bankı (IDB) “Kənd yerlərinin kompleks inkişafı Layihəsi" çərçivəsində Azərbaycanın Yevlax və Ağdaş rayonlarında suvarma sistemlərinin təkmilləşdirilməsi üçün 66,4 mln. ABŞ dolları həcmində kredit ayırıb. IDB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyevin "Report"a verdiyi məlumata görə, həmin kreditlərin 17 mln. dollarlıq hissəsi güzəştli şərtlərlə verilib.

Layihə çərçivəsində adıçəkilən rayonların 72 min hektardan artıq torpaq sahəsinin suvarılma sisteminin yaxşılaşdırılması nəzərdə tutulur.

“Layihə çərçivəsində 4 mindən çox sugötürücü və digər avadanlıqların quraşdırılması nəzərdə tutulur. Düşünürük ki, layihə nəticəsində 72 min hektar torpaq sahəsinə qulluq edən suvarma siteminin səmərəliliyinin hazırkı 55%-dən 85-90%-ə çatdırılmasına nail olunacaq”, - deyə Bank rəsmisi qeyd edib

T.Tağıyevin sözlərinə görə, IDB bu layihə çərçivəsində Bank Olmayan Kredit Təşkilatları (BOKT) vasitəsi ilə kiçik sahibkarların maliyyələşdirilməsi üçün 2 mln. dollar həcmində vəsait ayırıb: “Artıq həmin vəsaitin 1 mln. dollarlıq hissəsi istifadə edilib”.

Son xəbərlər

Orphus sistemi