Kənd Təsərrüfatı və Qida Nazirliyinin rəsmisi: "Fransa Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır" - EKSKLÜZİV

Kənd Təsərrüfatı və Qida Nazirliyinin rəsmisi: "Fransa Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır" - EKSKLÜZİV Fransa Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
ASK
24 May , 2019 19:39
Kənd Təsərrüfatı və Qida Nazirliyinin rəsmisi: Fransa Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır - EKSKLÜZİV

"Fransa Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır."

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin diplomatik məsələlər üzrə strateji və siyasi müşaviri, nazirin şəxsi kabinetinin direktor müavini Beatris Fresenon bildirib.

Onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı sahəsində geniş imkanlara malikdir. “Fransanın heyvandarlıq, üzümçülük, kənd təsərrüfatı texnikaları və digər sahələrdə böyük təcrübəsi var və hər zaman Azərbaycan ilə öz təcrübəsini bölüşməyə, dəstək olmağa hazırdır”, - B.Fresenon qeyd edib.

O bildirib ki, Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyi ölkənin kənd təsərrüfatı sahibkarlarının Azərbaycanla əməkdaşlığının möhkəmlənməsinə çalışır: "Fransada Azərbaycana investisiya qoymaqda maraqlı olan şirkətlər çoxdur. Biz onların Azərbaycanla əməkdaşlığının möhkəmlənməsinə yaxından kömək edirik. İyun ayında Fransa Sahibkarlar Təşkilatının (MEDEF) Azərbaycana səfəri zamanı nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı şirkətlərindən də nümayəndələr olacaq".

Son xəbərlər

Orphus sistemi