​İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirilib

​İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirilib Tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində baş tutub
ASK
29 Mart , 2016 18:49
​İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirilib

Bakı. 29 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda martın 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində tədbir keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, təhsil müəssisəsinin müəllim və tələbələrinin iştirak etdiyi seminarda iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib. İstehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti onların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanıb.

Son xəbərlər

Orphus sistemi