İstanbulda beynəlxalq ərzaq sərgisi keçiriləcək

İstanbulda beynəlxalq ərzaq sərgisi keçiriləcək Sərgidə 27 ölkə iştirak edəcək
ASK
12 Avqust , 2015 17:04
İstanbulda beynəlxalq ərzaq sərgisi keçiriləcək

Bakı. 12 avqust. REPORT.AZ/ Sentyabrın 1-4-də İstanbulda 23-cü Beynəlxalq “World Food İstanbul-2015" qida məhsulları və texnologiyaları sərgisi keçiriləcək.

“Report” Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən bildirir ki, sərgidə 27 ölkənin şirkət və təşkilatları iştirak edəcək. Sərgidə içkilər, şəkər və un məmulatları, qoz-fındıq, şirniyyat, ədviyyat, uşaq qidaları, bitki mənşəli yağlar, təbii məhsullar, konserv, sous, zeytun yağı və zeytun, qida qatqı maddələri, dəniz məhsulları və s. ərzaqlar təqdim olunacaq. 

Qeyd edək ki, Azərbaycan sahibkarları da sərgidə iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi